Tbilisi metrosunda tavan çöküb, xəsarət alanların sayı 14-ə çatıb


Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın bir hissəsinin uçması nəticəsində xəsarət alanların sayı 14-ə çatıb

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, vəziyyəti ağır olan iki nəfər əməliyyat olunacaq.

Digərlərinin isə xəsarətləri yüngül kimi qiymətləndirilir. Pasientlərin 25-46 yaş arasında olduğu bildirilir. 

 MilliYol.Az
Tbilisi metrosunda tavan çöküb, xəsarət alanların sayı 14-ə çatıb - Milliyol.az