Əfqan Sadıqov həbs edildi

“Şuşa-Qarabağ“ “Neftçi“ ilə qarşılaşacaq

Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparacaq "Şuşa-Qarabağ" yeni mövsümün hazırlığını davam etdirir. MilliYol.Az xəbər verir ki, şuşalılar hazırlıq çərçivəsində daha bir yoxlama matçı keçirəcək.

Budəfəki rəqib isə "Neftçi"nin əvəzedici komandasıdı. Tərəflərin görüşü "Dalğa Arena"da baş tutacaq. Qarşılaşma iyulun 1-də, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Şuşa-Qarabağ" ilk yoxlama matçında həvəskarlardan ibarət "Tufan" komandası ilə qarşılaşmış, rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

“Şuşa-Qarabağ“ “Neftçi“ ilə qarşılaşacaq - Milliyol.az