“Suriya ordusu Afrinə daxil olacaq”


PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilib

APA-nın məlumatına görə, Suriya  Dövlət Televiziyası Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrinə daxil olacağı barədə xəbər yayıb. Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.

 MilliYol.Az
“Suriya ordusu Afrinə daxil olacaq” - Milliyol.az