Əfqan Sadıqov həbs edildi

“Space“nin bağlanması xəbəri yalan çıxdı

“Space 104 FM” radiosunun bağlanması barədə xəbərlər təsdiq olunmayıb. MilliYol.Az xəbər verir ki, radio bir qədər əvvəl fəaliyyətini bərpa edib.


Qeyd edək ki, bu gün Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) radionu bağlaması barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, Teleradio İB-yə 12 min manat borcu var və dəfələrlə xəbərdarlıq edilsə də, borc ödənilməyib.

Radio rəhbərliyi isə bunu təkzib edərək, bir günlük profilaktika olduğunu bildirmişdi.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Space“nin bağlanması xəbəri yalan çıxdı - Milliyol.az