Şimal bölgəsinə 22 sm hündürlüyündə qar yağıb


Ötən gün axşam saatlarından şimal bölgəsinə qar yağmağa başlayıb

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xınalıq kəndində qarın hündürlüyü 22 sm çatıb. Kənd sakinləri qarın hazırda da davam etdiyini bildirib.

Ucqar dağ kəndləri ilə yanaşı, Qubanın rayon mərkəzinə də təxminən 1 sm-dək qar düşüb.

MilliYol.Az
Şimal bölgəsinə 22 sm hündürlüyündə qar yağıb - Milliyol.az