Səudiyyə Ərəbistanında qadınlara kafelərdə işləməyə icazə verildi


Səudiyyə Ərəbistanında qadınlara axşam saatlarında ailəvi restoranlarda, kafelərdə, həmçinin qadın paltarları mağazalarında işləməyə icazə verilib

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Al-Manar” nəşri məlumat yayıb.

Belə bir bəyanatla ölkənin Əmək Nazirliyinin nümayəndəsi Əbdül Manam əş-Şəhri çıxış edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar əmək qabiliyyətli əhalinin 17%-ni təşkil edir.
Səudiyyə Ərəbistanında qadınlara kafelərdə işləməyə icazə verildi - Milliyol.az