Əfqan Sadıqov həbs edildi

Şəmkirdə yol qəzası: 2 yaralı

Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü yerli sakin Nağıyev Mehdi Kamil oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil şəhərdəki otellərdən birinin qarşısında "VAZ-21099" ilə toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb. K.Nağıyevin aldığı xəsarət ciddi olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə sürücü K.Nağıyevin avtomobili yuxulu halda idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Şəmkirdə yol qəzası: 2 yaralı - Milliyol.az