Əfqan Sadıqov həbs edildi

Səhiyyə Nazirliyi şəkərli diabet və irsi qan xəstələri üçün dərman alıb

Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi irsi qan xəstəlikləri və diabet xəstəlikləri üzrə Dövlət proqramında nəzərdə tutulan dərman alışı ilə bağlı xarici şirkətlərlə 148,2 min ABŞ dolları məbləğində müqavilələr bağlayıb

Bu barədə dövlət satınalmalar reyestrində məlumat verilir.

Müqavilələr “Novo Nordisk Health Care A / S” (Danimarka) və “Novo Nordisk Health Care AG” (İsveçrə) şirkətləri ilə bağlanılıb. Bu, cari ildə hemofiliya və talassemiya qan xəstələri və diabet xəstələrinin dərman və avadanlıqla təmin edilməsi üzrə sayca üçüncü satınalmadır.

Fevral və apreldə satınalmaların həcmi 40,6 milyon manat (24 milyon dollar) təşkil edib.

Təchizatçılar “Avromed Company CJSC” və “Labservis MMC olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Səhiyyə Nazirliyi şəkərli diabet və irsi qan xəstələri üçün dərman alıb - Milliyol.az