Şəhid ailə başçısı Ramil Usubovdan kömək istəyir


uşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Abbasova Şükufə Gəray qızı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, general-polkovnik Ramil Usubova ünvanladığı müraciəti olduğu kimi dərc edirik

Cənab Ramil Usubov! 

Yazıb Sizə bildirirəm ki, oğlum Gəraylı Samir Sabir oğlu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilib. Oğlumun etdiyi cinayətdən peşman olmasına, vurduğu maddi ziyanı yerindəcə ödəməsinə və  şikayətçi tərəfin olmamasına baxmayaraq məhkəmə onun haqqında çox ağır bir hökm çıxartmışdır.

Hörmətli Ramil Usubov! 

Hal-hazırda oğlum Gəraylı Samir Sabir oğlu cəzasının 2 (iki) ilini faktiki olaraq çəkmiş və yerdə qalan hissəsini cəzaçəkmə müəsissəsində çəkməkdə  davam edir. Oğlumun atası Rüstəmov  Sabir Gəray oğlu 1992-ci il tarixdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Daşaltı əməliyyatında şəhid olmuşdur. Nənəsi Hüseynova Şəmail və bibisi Rüstəmova Kəmalə 1991-ci ilin dekabr ayının 26-da erməni qəsbkarları tərəfindən Şuşa şəhəri ətrafında - Turşsu yaxınlığında vəhşicəsinə öldürülmüşdür.

Hörmətli Daxili İşlər Naziri!

Həyat yoldaşımı və yaxın qohumlarımı  Azərbaycan Respubilkasının bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişəm, digər qız övladımın isə xəstəliyinin səbəbi məlum deyil və nə qədər yaşayacağını bilmirəm. Özüm isə bir müəllimə kimi dövlətdən aldığım əmək haqqı, məcburi köçkünlər üçün çörək pulu və prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik təyin edilmiş müavinatla kirayədə yaşayıram. Hal-hazırda maddi durumumun ağırlığına görə oğlumun yanına gedə bilmirəm. Oğlum Gəraylı Samir Sabir oğlunun əfv edilməsi üçün Sizin üzv olduğunuz  Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etmişəm. Bir ana kimi, şəhid ailə başçısı olaraq Sizə müraciət edirəm, mənə köməklik edin. Bir dövlət adamı olaraq oğlum Gəraylı Samir Sabir oğlunu atasının, nənəsinin  və bibisinin şəhid olmasına bağışlayın və onun əfv edilməsi üçün köməklik göstərmənizi xahiş edirəm.

Şəhid ailə başçısı Şükufə Abbasova
Bakı şəhəri,Yasamal rayonu H.Cavid prospekti ev 4, mənzil 6 (055) 338-45-84

MilliYol.Az
Şəhid ailə başçısı Ramil Usubovdan kömək istəyir - Milliyol.az