Əfqan Sadıqov həbs edildi

Salyanda yarımtikilidə meyit aşkar edilib


Bu gün səhər saatlarında Salyan şəhərində Akkuşa çayının sahilindəki baxımsız yarımtikilidə kişi meyiti aşkar olunub

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin iki gün əvvəl evdən çıxaraq geri qayıtmayan Arbatan kənd sakini 32 yaşlı Elməddin İsrail oğlu Qəniyev olduğunu müəyyən ediblər.

İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Faktla bağlı araşdırma aparılır.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Salyanda yarımtikilidə meyit aşkar edilib - Milliyol.az