Sabah Bakıda külək güclənəcək


Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək

MilliYol.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi arabir güclənəcək

Havanın temperaturunun yarımadada gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacaq.

MilliYol.Az
Sabah Bakıda külək güclənəcək - Milliyol.az