Saakaşvili Ukraynadan çıxarıldı –Polşaya getdi


Kiyevdə saxlanılan Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq Ukraynadan çıxıb

AZƏRTAC Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub. Xatırladaq ki, Mixeil Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.



MilliYol.Az
Saakaşvili Ukraynadan çıxarıldı –Polşaya getdi - Milliyol.az