Saakaşvili haqda həbs qərarı - 3 il


Tiflis məhkəməsi eks-prezident Mixail Saakaşvilini 3 il müddətinə azadlıqdan məhrum edib

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Saakaşvili bankir Sandro Qirqvlianinin qətl işində “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham edilir. Bildirilir ki, sabiq prezident 2008-ci ildə vəzifəsindən istifadə edərək bankiri qətlə yetirən Gürcüstan DİN-in konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşlarının  həbs müddətini azaldıb.