“Rusiyanın hərbi manevrləri Azərbaycan üçün siqnaldır”


Rusiyanın Gürcüstanın işğal olunan ərazilərində hərbi manevrləri və irəliləyişi Azərbaycan və İranda daxil olmaqla, bütün regiona siqnal kimi qiymətləndirmək olar

MilliYol.Az AzVision.az- a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq müdafiə naziri, “İslahatçılar klub”unun yaradıcısı Dmitri Şaşkin bəyan edib.

“Rusiyanın yalnız Gürcüstanda deyil, bütün regionda maraqları var”, - deyə Şaşkin bəyan edib. 

Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycana siqnaldır. 

Gürcüstanın sabiq müdafiə nazirinin sözlərinə görə, Rusiyanın əsas məqsədi Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına dəhliz açmaqdır. 

MilliYol.Az
“Rusiyanın hərbi manevrləri Azərbaycan üçün siqnaldır” - Milliyol.az