Rusiyadakı təyyarə qəzasının yerində 1400 insan bədəni fraqmenti aşkarlanıb


Ötən bazar günü, fevralın 11-də Moskva vilayətinin Ramenskoye rayonunda baş vermiş təyyarə qəzası yerində aparılan işlər yekunlaşmaq üzrədir

Virtualaz.org “LifeShot” teleqram-kanalına istinadən xəbər verir ki, 71 nəfərin öldüyü qəza yerində indiyə kimi aşağıdakı işlər görülüb:

- 30 hektarlıq ərazi tədqiq edilib

- həlak olanların bədənlərinin 1400 fraqmenti aşkarlanıb

- təyyarənin 500 fraqmenti tapılıb.

Hadisə yerində 981 nəfərin və 191 vahid texnikanın çalışdığı bildirilir.

Xatırladaq ki. həlak olanlar arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da var.
Rusiyadakı təyyarə qəzasının yerində 1400 insan bədəni fraqmenti aşkarlanıb - Milliyol.az