Əfqan Sadıqov həbs edildi

Rusiya Ukraynaya qarşı əks-sanksiyalar tətbiq edib

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynaya qarşı əks-sanksiyalar haqqında sənədi imzalayıb

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, Ukraynanın 322 fiziki və 68 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edilir. Onların Rusiya ərazisindəki hesabları və əmlak hüquqları dondurulur, eyni zamanda Rusiyadan vəsait çıxarılması qadağan edilir.

Sanksiya tətbiq edilmiş şəxslər arasında Ukraynanın Konstitusiya Məhkəməsinin hakimlərinin, Ali Rada deputatlarının, oliqarxların, Poroşenko administrasiyasının məmurlarının və başqalarının adları var.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiya Ukraynaya qarşı əks-sanksiyalar tətbiq edib - Milliyol.az