Əfqan Sadıqov həbs edildi

Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışırıq”


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaqdan ötrü addımlar atmağa davam edəcək"

Bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

"2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüf ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - deyə diplomat söyləyib.

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük və ATƏT-in Minsk Qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik".(virtualaz.org)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışırıq” - Milliyol.az