Əfqan Sadıqov həbs edildi

Roma Papası Azərbaycan xalqını təbrik etdi


Roma Papası Fransisk Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Papa Fransisk Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ölkə başçısı İlham əliyevə, eləcə də həmvətənlərimizə səmimi təbriklərini çatdırıb. O, bundan şərəf hissi duyduğunu bildirib:

“Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.(azərtac)

Bu dövrdə xəbər yoxdur.

Roma Papası Azərbaycan xalqını təbrik etdi - Milliyol.az