Razi Nurullayevin rəqibinə cinayət işi açıldı

Azərbaycanda deputatlığa keçmiş namizədə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən xəbərə görə, Mehdiyev Səbuhi Dərgah oğlu Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

S.Mehdiyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, S. Mehdiyev 2020-ci ildə keçirilən Parlament Seçkilərində İmişli rayon 79 saylı seçki dairəsindən deputatlığa namizəd olub.

Həmin dairədən Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deputat seçilib.