Ramiz Mehdiyevin istefası qəbul olundu, AMEA-ya rəhbərlik Arif Həşimova tapşırıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.

MilliYol.az xəbər verir ki, toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.

AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.

Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Ümumi yığıncağının qərarına əsasən, AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Ramiz Mehdiyevin istefası qəbul olundu, AMEA-ya rəhbərlik Arif Həşimova tapşırıldı - Milliyol.az