Rafiq Hüseynovun nəşi Azərbaycana iki gün sonra gətiriləcək


Almaniyadakı xəstəxanalardan birində vəfat etmiş xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana 2 gün sonra, noyabrın 1-də gətiriləcək
Bu barədə "Report"a açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O qeyd edib ki, Rafiq Hüseynovun harada dəfn olunacağı isə hələ məlum deyil: "Hələ heç nə bilinmir. Nəşi gətirsinlər, sonra bilinəcək".

MilliYol.Az
Rafiq Hüseynovun nəşi Azərbaycana iki gün sonra gətiriləcək - Milliyol.az