Əfqan Sadıqov həbs edildi

“Qulp“un Mübarizi yeni telekanala keçdi

"Xəzər TV"də yayımlanan "Rezonans" proqramı bundan sonra ARB TV-də yayımlanacaq.

MilliYol.Az ölkə.az-a istinadən xəbər verir ki, layihənin rəhbəri və aparıcısı tanınmış telejurnalist Mübariz Əsgərovdur.

ARB TV-nin rəsmisi İsmayıl Həsənov bildirib ki, veriliş yaxın günlərdə həftədə bir dəfə olmaqla yayıma başlayacaq.

Xatırladaq ki, M.Əsgərov daha çox ANS-də yayımlanan "Qulp" satirik verilişi ilə tamaşaçılar tərəfindən tanınıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Qulp“un Mübarizi yeni telekanala keçdi - Milliyol.az