Əfqan Sadıqov həbs edildi

Qubada məktəb binasında yanğın olub

Quba rayonunda məktəb binasında yanğın olub

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xaltan inzibati ərazi dairəsində yerləşən Çarxaçu dağ kəndində son tamamlama işləri aparılan modul tipli məktəbdə qeydə alınıb.

Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər də gəlib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qubada məktəb binasında yanğın olub - Milliyol.az