Əfqan Sadıqov həbs edildi

QHT rəhbəri Kəmalə Ağazadənin məhkəməsi başlayıb



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

K. Ağazadə ittiham aktı ilə tanış olmaq istəyib.

Buna görə məhkəmə iclası mayın 7-dək təxirə salınıb.

 Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

QHT rəhbəri Kəmalə Ağazadənin məhkəməsi başlayıb - Milliyol.az