Qəzanın baş verdiyi ərazidə 200-dən artıq insan bədəni hissələri tapılıb


Təyyarə qəzasının baş verdiyi ərazidə 200-dən artıq insan bədəni hissələri tapılıb

Bu barədə məlumat  Rusiya Fövqəladə Hallar Nazirliyindən verilib.

Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub. Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalan yoxdur. Təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub.(Sputniknews)