Əfqan Sadıqov həbs edildi

“Qarabağ“ “Qəbələ“ni uddu, “Neftçi“ “Kəpəz“i

Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilib. "Milli Yol" xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Çempionluğu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni udub - 2:0. İkinci pilləni tutmağa çalışan "Zirə" Avropa Liqasına aəsiqə qazanmaq istəyən AZAL-la "sülh" bağlayıb - 1:1. Avrokuboklara vəsiqə qazanmaq şansı qalan "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib - 2:1. "İnter" "Xəzər Lənkəran"ı eyni hesabla yenib, "Sumqayıt" "Rəvan"a qalib gəlib - 3:1.

Premyer Liqa
XXXIV tur
11 may

Qarabağ - Qəbələ 2:0
Qollar: Dani Kintana, 16; 32.

AZAL - Zirə 1:1
Qol: Nuqzar Kvirtiya, 68 - Viktor İbekoyi, 86.

Kəpəz - Neftçi 1:2
Qollar: Julien Ebah, 5 - Anete, 49. Ruslan Qurbanov, 80-pen.

İnter - Xəzər Lənkəran 2:1
Qollar: Rauf Əliyev, 14. Yuri Fomenko, 27 - Vaquf Güləliyev, 47.

Sumqayıt - Rəvan 3:1
Qollar: Amil Yunanov, 64. Pərdis Fərcad-Azad, 71; 81 - Yasin Həmid, 8.

Fanat.az

Bu dövrdə xəbər yoxdur.

“Qarabağ“ “Qəbələ“ni uddu, “Neftçi“ “Kəpəz“i - Milliyol.az