Əfqan Sadıqov həbs edildi

Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib


Qabon Respublikasının Prezidenti Əli Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Təbrikdə deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bu dövrdə xəbər yoxdur.

Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib - Milliyol.az