Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir”

Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmanı müzakirə ediblər.

MilliYol.Az “Report”a istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb”, - o deyib.

D.Peskovun sözlərinə görə, Rusiya prezidenti münaqişənin alovlanması ilə bağlı narahatlığını bildirib və atəşkəs rejiminin tətbiqinin vacibliyini vurğulayıb.

Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir” - Milliyol.az