Əfqan Sadıqov həbs edildi

Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır


Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində respublikanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-dək təqdim edilməlidir.
 
Aprelin 1-də, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi müddəti başa çatır.
 
"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də aprelin 1-dək başa çatır. (trend)

Bu dövrdə xəbər yoxdur.

Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır - Milliyol.az