Əfqan Sadıqov həbs edildi

“Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü planlaşdırılıb”


"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb"

Strateq.az xəbər verir ki, bunu Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov "Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, Davos İqtisadi Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir:

"100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır".


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” - Milliyol.az