Polis: sükan arxasında Yalçın Ağamalı olub


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ehsan Zahidov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Fəzail Ağamalının oğlunun maşınla adam vurması barədə məlumata malik deyil

Eyni zamanda, Axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata əsasən, Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.

Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.

1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.

MilliYol.Az
Polis: sükan arxasında Yalçın Ağamalı olub - Milliyol.az