Polis bölməsində ölüm hadisəsi

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb.

İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

"Milli Yol"