Əfqan Sadıqov həbs edildi

Pirallahıda inşa edilən dərman zavodunda işlər 3 ay ləngiyib


Bakının Pirallahı qəsəbəsində inşa edilən dərman zavodunda işlər texniki problemlərə görə 3 ay ləngiyib

Bu barədə “Report”a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi məlumat verib.

Xatırladaq ki, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin tikintisi məqsədilə yaradılmış “Caspian Pharmed” birgə müəssisəsində İran tərəfi (“TPİCO”) 49%, “Azersun Holding” MMC 26%, “Azərbaycan İnvestisiya Şirkəti” ASC isə 25% paya malikdir.

“Hazırda isə inşaat işləri davam edir. Bu yaxınlarda İranın səhiyyə naziri Azərbaycana gələcək. Pirallahı dərman zavodu nazirin xüsusi diqqətindədir. Səfər zavodda aparılan işlərin daha da sürətləndirilməsinə töhfə olacaq”, – deyə o, qeyd edib.

Bu dövrdə xəbər yoxdur.

Pirallahıda inşa edilən dərman zavodunda işlər 3 ay ləngiyib - Milliyol.az