Əfqan Sadıqov həbs edildi

Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi

Milli Məclisdə yeni təyinat həyata keçirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib.

Sözügedən vəzifəyə İlqar Cəfərov gətirilib. 1962-cı il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır. O, daha əvvəl Milli Məclisin aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.

 

Bu dövrdə xəbər yoxdur.

Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi - Milliyol.az