Əfqan Sadıqov həbs edildi

Ötən gün Azərbaycanda 83 cinayət törədilib –20 nəfər şübhəli şəxs saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 83 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin edilib. Axtarışda olduğuna görə ümumilikdə beş nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ötən gün Azərbaycanda 83 cinayət törədilib –20 nəfər şübhəli şəxs saxlanılıb - Milliyol.az