Əfqan Sadıqov həbs edildi

"Orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər"


"Bu gün Tarix İnstitutuna qara yaxanlar var. "Facebook"da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər"

Bu sözləri  azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. "Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər", - deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq. 

MilliYol.Az
"Orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər" - Milliyol.az