Əfqan Sadıqov həbs edildi

O dahilər qadınları belə təhqir edirdilər - SEKSİST AFORİZMLƏR

MilliYol.Az kulis.az-a istinadən qadınlar barədə deyilmiş seksist aforizmləri təqdim edir.
 
Plavt: Dediklərinə görə, hər yeri axtarıblar, axtarıblar, ancaq dil-dil ötməyən bir qadına belə rast gəlinməyib.
 
Aristotel: Qadınlar təbiətcə əksik yaradılmış məxluqlardır.
 
Mövlanə: Ağlamaq qadının tələsidir.
 
Dostoyevski: Qadın hər şeyi görən Allahı belə aldada bilər.

Nitşe: Qadınların yanına gedəndə qırmancı unutma.

Höte: Yaşlananda kişilərin üz cizgiləri dərinləşir, qadınlarınkı isə büzüşür.
 
Oskar Uayld: Bir qadının üzü güldüyündə bir kişinin cibi ağlayar.
 
Artur Şopenhauer: Qadınlar həm fiziki, həm də əqli cəhətdən böyük işlər üçün yaradılmayıb.
 
Tolstoy: Qadınlar kişiləri ovsunlayanda xoşbəxt olurlar.
 
Ziqmund Freyd: 30 il araşdırmağıma baxmayaraq hələ də tapa bilmədiyim bir sual var: “Qadın nə istəyir?”
 
Otto Veyninger: Qadınların mənası onların mənasız olmaqlarındadır.

Gi de Mopassan: Biz qadın olsaq, heç nə bilmərik, ancaq təxmin edərik.
 
Çarlz Bukovski: Yaxşı bir qadının qarşınıza çıxacağına inanmayın. Çünki yaxşı qadın yoxdur.

Con Bayron: Qadınlarda faciəli olan şey həm onlarla, həm də onlarsız yaşaya bilməməkdir.

Balzak: Krallar kimi qadınlar da onlar üçün edilən hər şeyi borc kimi görərlər.

Servantes: Qadının gözəlliyi atəşə bənzəyər, yaxınlaşmasan heç nə olmaz.
 
Kafka: Qadınlarla edilən savaşa bənzəyər. Sonu yataqda bitən savaş.

Şekspir: Elə bir gözəl qadın yoxdur ki, aynanın qabağına keçib irişmədən dura bilsin. 
 
Aleksandr Düma: Qadınlar sevmədikləri adama heç uf deməzlər.  
 
Tofiq Fikrət: Qadın dəniz kimidir, heç güvənmək olmaz.
 
Andre Morua: Qadınlar istəsələr doğrudan xəstə olarlar, hətta paxıllıqlarından ölərlər də. 

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

O dahilər qadınları belə təhqir edirdilər - SEKSİST AFORİZMLƏR - Milliyol.az