Nikki Heyli: “Trampla sevgili olmamışıq”


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli prezident Donald Trampla sevgili olduğu barədə çıxan dedi-qoduya münasibət bildirib

"Ölkə.Az" xəbər verir ki, Heyli bu məlumatın yalan olduğunu deyib. Onun sözlərinə əsasən, bu, təhqiredici və iyrənc dedi-qodudur.

Jurnalist Maykl Volfun "Alov və qəzəb: Trampın Ağ Evində" kitabından sonra bu dedi-qodu üzə çıxıb. Kitabda qeyd edilir ki, Heyli tez-tez ABŞ lideri ilə Oval Kabinetdə görüşüb və söhbət edib.

Heyli isə bu məlumatı yalan adlandırıb: "Trampla heç vaxt gələcəyimi müzakirə etməmişəm və kabinetdə tək qalmamışam".
Nikki Heyli: “Trampla sevgili olmamışıq” - Milliyol.az