Myanmada xilasedicilər hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş 62 nəfərin cəsədini aşkarlayıblar
AzərTac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, aşkarlanan cəsədlərin 9-u azyaşlı uşaqlara aiddir. Həlak olanların bir hissəsinin ötən həftə kremasiya edildiyi bildirilir. “Təyyarə ölkə ərazisində qəzaya uğradığı və bəzi sübutlar tapıldığı üçün onun aşkar edilməsi gözlənilir”, - deyə Myanmanın ali baş komandanı Min Aung Hlaing bildirib.
Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan Y-8 tipli dörd mühərrikli hərbi-nəqliyyat təyyarəsi iyunun 7-də Andaman dənizi üzərindən uçarkən radarlardan itmişdi. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin bəzi parçaları aşkar edilmişdi.
Qəzaya uğradığı vaxt təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 35 hərbçi və 73 nəfər mülki şəxs olub. Qazanın başvermə səbəbləri hələlik məlum deyil.
MilliYol.Az
Digər xəbərlər
loading...