Filippin prezidenti Rodriqo Duterte növbəti dəfə qalmaqala səbəb olan açıqlama verib.
MilliYol.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda İŞİD-ə qarşı hərbi vəziyyət elan edən prezidentin əsgərlərinə dediyi sözlər dünya mətbuatının gündəminə düşüb. Belə ki, Mindanao adasında hərbçilər qarışında çıxış edən ölkə başçısı belə deyib:
"Siz yıxılsanız, mən də yıxılaram. Hərbi vəziyyətlə bağlı məsuliyyəti öz üzərimə götürürəm. Siz işinizdə olun, qalanını mən həll edəcəyəm. Sizin üçün həbs olunmağa belə razıyam. Əgər biriniz 3 qadına təcavüz etsə, cinayəti şəxsən öz üzərimə götürərəm".
Qeyd edək ki, o, çıxışındakı təcavüz mövzusunun zarafat olduğunu bildirsə də, bu, prezidentin ilk belə çıxışı deyil. Belə ki, Duterte keçən il 1989-cu ildə baş vermiş bir üsyanda öldürülən və məhkumların növbəli şəkildə təcavüzünə məruz qalan avstraliyalı missioner qadın barəsində danışarkən onun gözəl olduğunu və özünün də bu sıraya girəcəyini söyləmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...