• Xəbər lentİ
Fləş

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“ÜAK-ın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır”

15:20 16.05.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


“Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir”

Bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır, bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: “Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktorlardan biridir. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır. Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir”.
 
H. Babaoğlu hesab edir ki, ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub: “Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi  çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin prezident Putin ona təbrik məktubu göndərib. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etdirib. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?  Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də  Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür”.
 
Ancaq H. Babaoğlu əmindir ki, Rusiyanın müvafiq strukturları özlərində müdriklik taparaq qarşıdakı bir aylıq hüquqi prosesdə ÜAK-ın qeydiyyatını yenidən bərpa edəcək: “ÜAK Rusiyanın ictimai-siyasi həyatında məhz ictimai ahəngdarlığın qorunması, ictimai münasibətlərdə harmoniyanın yaradılması, eyni zamanda Rusiya və Azərbaycan arasında bir xalq diplomatiyasının, ictimai körpünün mövcud olması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə münasibətə layiq deyil. Azərbaycanda rus dilinin, rus ədəbiyyatının, rus mədəniyyətinin qorunması üçün çox böyük işlər görülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir. Ölkəmizdə çoxsaylı rusdilli məktəblər mövcuddur. Azərbaycanda yaşayan rus icması digər bütün azərbaycanlılar kimi, ölkəmizin hüquq sistemindən bəhrələnə bilir. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər  Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında deyib ki, ÜAK-ın qeydiyyatının ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub: “Çünki Ümumrusiya Azərbaycan Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar – oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar. Rəsmi Bakı Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi. Çünki Konqres 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər. Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib. ÜAK-ın növbəti IV qurultayı isə ötən il keçirilib. Bu qurultayda prezidentlər iştirak etməyib. İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi məktubunda yenidən ÜAK-ın dünya azərbaycanlıları diaspor təşkilatları sırasında xüsusi yer tutduğu sözləri vurğulanıb. Məktubda qeyd edilib ki, “Konqres təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor təşkilatının avanqardı sayıla bilər”. Beləliklə, ÜAK-ın qurultaylarında edilən çıxışların qısa ekskursundan da görünür ki, rəsmi Bakı bu təşkilata ciddi əhəmiyyət verib, bu təşkilatı iki dövlət arasındakı münasibətlərin əsas elementi sayıb. Deməli, Kreml Konqresin qeydiyyatını ləğv edibsə, münasibətlərdəki əsas elementi də ortadan qaldırıb. ÜAK-ın qeydiyyatının ləğvi hansısa hüquqi prosedurların pozulmasıyla əlaqələndirilib. Ancaq ÜAK-ın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. İkincisi, Azərbaycan cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırır. Elə ÜAK-ın ləğvinin elan olunduğu gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub.  Üçüncüsü, Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi, bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada “Milyarderlər İttifaqı” yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı oliqarxlarla yanaşı, Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Halbuki, bu ikisini oliqarx saymaq olmaz. Ancaq hər ikisi ilə Azərbaycan hakimiyyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisində Azərbaycan hakimiyyətinə təzyiq kimi yeni planın hazırlıqlarına başlanılıb və ilk addım kimi ÜAK-ın ləğvinə qərar veriblər”.
 
Azərbaycanın ÜAK-ın qeydiyyatının ləğvinə necə cavab verməli olmasına gəlincə, E. Şahinoğlu hesab edir ki, ilk növbədə ÜAK-ın qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərilməlidir: “Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib, Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var. Buna baxmayaraq, əgər Moskvada apellyasiya məhkəməsi ÜAK-ın qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, o zaman Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakıda buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az