• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 15 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

İSB vətəndaşları icbarı sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırıb

11:20 16.05.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İcbari Sığorta Bürosu (İSB) vətəndaşları icbarı sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırıb

MilliYol.Az İSB-dən verilən məlumata görə, ölkədə icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir: "Bununla belə, icbari sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sahəsində rast gəlinir. İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanunaziddir və nəticə etibarilə sığortalıların hüquqlarının pozulmasına yol açır".
 
Büronun məlumatında deyilir ki, sığorta haqlarına hər hansı endirimlərin və ya əlavələrin qadağan olması ilə bağlı "İcbari sığortalar haqqında" qanunun 11.4-cü maddəsində qeyd edilir: "Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır".
 
İSB bəyan edir ki, qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur: "Təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtonəqliyyat vasitəsinin deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir; belə ki, onun fikrincə, məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasibdir. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur. Əfsuslar olsun ki, bu gün ədalətli oyun qaydalarını pozaraq daha çox gəlir götürmək istəyən bəzi sığorta şirkətlərinin öz satış təmsilçilərini bu cür arzuolunmaz davranışlara təhrik etməsi halları da mövcuddur. Qanuna əsasən, sığortaçı icbari sığorta satışından daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Lakin bəzi hallarda sığortaçı öz agentinə müştəriyə bundan da aşağı məbləğlər müqabilində icbari sığorta satışı təklif etməsini tapşırır, bu isə sığortaçının sığorta ödənişləri üçün nəzərdə tutulan ehtiyatlar fondunun azalması hesabına mümkün olur. Bunu əyani misalla aydın şəkildə belə təsvir etmək olar: 100 manatlıq icbari sığorta müqaviləsinin 20 manatı həmin müqavilənin satışının təşkili üzrə çəkilmiş xərclər və sığorta şirkətinin öz agentinə verdiyi mükafatdan ibarətdir, yerdə qalan 80 manat isə həmin müqavilə üzrə yarana biləcək öhdəlik üzrə xərclənməsi məqsədilə nəzərdə tutulan ehtiyatı formalaşdırır. Lakin agentin müştəriyə təklif etdiyi qeyri-qanuni endirim nəticəsində sığorta şirkəti həmin 80 manatın əlavə 15 manatını da vasitəçiyə verirsə, nəticədə ehtiyat fondu 65 manatadək azalır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sığorta şirkəti itirilmiş həmin 15 manatı bərpa etmək üçün ödəniş məbləğini müxtəlif yollarla azaltmağa çalışır. Nəticədə isə bundan uduzan müştəri olur; vaxtilə 15 manat qənaət etməsi müqabilində indi bundan qat-qat böyük məbləğlərdə ödənişdən məhrum olur və həmin məbləği qarşı tərəfə öz cibindən ödəməli olur. Bir sözlə, vətəndaşlara təklif olunan endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirləri hesabına əldə edilir, bu isə sığorta hadisəsi zamanı yaranacaq sığorta tələbinin sığorta şirkəti tərəfindən daha aşağı keyfiyyətlə təmin edilməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən, müştərilər daha ucuz yox,  daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutmalıdır. Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyəti isə sığorta hadisələri zamanı ödənişlərin vaxtında və tam həcmdə təmin edilməsi ölçülür. Məhz buna görə, yəni icbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilib".
 
Büronun məlumatına əsasən, icbari sığorta sinifləri üzrə sığorta tarifləri dünya təcrübəsində dövlət tərəfindən minimal tələblər nəzərə alınmaqla müəyyən edilir və bu zaman o yanaşma əsas götürülür ki, sığorta hadisələri nəticəsində zərərçəkənlərə dəymiş zərərin əvəzini həmin icbari növ üzrə yığılmış bütün sığorta haqları hesabına tam həcmdə ödəmək mümkün olsun. Bu səbəbdən, qüvvədə olan sığorta haqlarına hər hansı qanunsuz endirimlərin və ya güzəştlərin tətbiqi yolverilməzdir və ümumi icbari sığortalar sistemi üzrə sığorta şirkətlərinin ödəniş qabiliyyətinə mənfi təsir göstərir.
 
Bundan əlavə, sığorta şirkətləri endirimlə icbari sığorta satdıqda, sığorta ödənişi zamanı ehtiyat fondunun kəsirlərini doldurmaq üçün yeni satışlardan daxil olan sığorta haqlarını cari sığorta ödənişlərinə yönəltməyə məcbur olurlar. Piramidal sxem üzrə aşağıdan yuxarıya doğru davam edən bu proses son nəticədə piramidanın ən yüksək nöqtəsində iflasa uğramağa məhkumdur. Yəni, sığorta ödənişlərini bir müddət bu cür təmin edən sığorta şirkəti yekunda ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq, bundan isə həm şirkət özü, həm də ümumilikdə sistem əziyyət çəkəcək.
 
Büro tövsiyə edir ki, icbari sığortanızı əldə edərkən bu məqamlara diqqət yetirin:

1. Əldə etmək istədiyiniz icbari sığorta üzrə sığorta haqqını hesablamaq üçün İcbari Sığorta Bürosunun veb-saytında olan sığorta kalkulyatorundan istifadə edin;

2. Sığorta agentlərinin icbari sığorta növləri üzrə təklif etdiyi müxtəlif “endirimli aksiyalara və kampaniyalara” uymayın. Bunlar qanunaziddir;
3. İcbari sığortanızı bilavasitə sığorta şirkətlərinə müraciət etməklə və ya lisenziya əsasında qanuni fəaliyyət göstərən peşəkar sığorta agentləri və ya sığorta brokerləri vasitəsilə əldə edin. Bununla lisenziyası olmayan, təsadüfi gəlir əldə etmək məqsədi güdən işbazlardan özünüzü qorumuş olacaqsınız;

4. Elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün sığortaçınıza müraciət edərək müqavilənizə dair çıxarışı tələb edin;

5. Sizə endirimli icbari sığorta təklif edən sığorta vasitəçiləri ilə bağlı İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verin.

AzMedia.info

Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az