AzMedia.info Strateq.az-a istinadən bildirir ki, Vaşinqtonda anonim qaynaqlara isnadən mətbuatda növbəti qalmaqal qopub –“ Washington Post” qəzeti bildirib ki, prezident Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova fövqəlməxfi məlumatı açlıqlayıb
Ağ Ev məlumatı yalan adlandırıb, lakin KİV və demokratlar tənqidlə Trampın üstünə düşüblər.“Washington Post” fəaliyyətdə olan və keçmiş Amerika məmurları sırasından informasiyanın xarakterini “tamamilə məxfi” kimi qiymətləndirən, lakin məzmununu müzakirədən imtina edən anonim qaynaqlara istinad edib.
Nəşrin bildirdiyinə görə, Tramp “İŞİD üzrə kritik mühüm kəşfiyyat məlumatı qaynağını təhlükəyə məruz qoyan” hansısa məlumatı Lavrova danışıb. “Washington Post”un yazdığı kimi, bu məlumatları kəşfiyyat məlumatının mübadiləsi haqda sazişə uyğun olaraq hansısa xarici tərəfdaş təqdim edib.
Ağ EV, həmçinin RF XİN bu məlumatı yalan adlandırıb.
AzMedia.info
Digər xəbərlər
loading...