• Xəbər lentİ
Fləş

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Makronun prezidentliyi Azərbaycana nə vəd edir? - ŞƏRH

15:36 08.05.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Xəbər verdiyimiz kimi, dünən Fransada keçirilən prezident seçkilərinin qalibi "İrəli" Hərəkatının lideri, liberal-demokrat Emmanuel Makron olub. Bəs bu seçim Azərbaycan-Fransa əlaqələrinə və Dağlıq Qarabağ probleminin həllinə necə təsir göstərə bilər?

“Qaynarinfo”ya açıqlama verən politoloq, ADA Universitetinin müəllimi Elnur Soltanov seçimin Azərbaycan üçün yaxşı hadisə olduğunu bildirib:

“Qısa olaraq deyə bilərəm ki, bu qlobal ölçülü bir hadisədir. Çünki Avropa İttifaqının taleyi mövzusuna toxunan amildir. Əgər Aİ-nin iki təməl sütunundan biri Almaniyadırsa, digəri də Fransadır. Bu iki ölkə bir arada olduğu müddətdə Aİ yaşayacaq. Bu təşkilat da Azərbaycanın yaxınında, qonşuluğunda olan ən böyük, supergüc xarakterinə sahib olan və müəyyən ölçülər daxilində kifayət qədər liberal əsaslarla hərəkət edən qurum olduğu üçün, həmçinin Azərbaycanın da liberallaşma və qloballaşma səmtindən yararlanan bir ölkə olduğunu nəzərə alsaq, Makronun seçilməsi bizim üçün yaxşı bir hadisədir. Amma əlbəttə ki, Fransanın dövlət siyasəti kontekstində Makronun əvvəlki siyasi xətdən daha fərqli bir xətt güdəcəyini gözləmək əbəsdir". 

Ekspert eyni zamanda Makronun prezidentliyi müddətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansısa bir dəyişikliyin olacağını gözləməyin əbəs olduğunu qeyd edib:

"O, radikal biri deyil, Fransa mərkəzçiliyinə daha yaxın bir siyasətçidir. Bu mənada Fransanın Qarabağ məsələsinə dövlət səviyyəsində ümumi münasibəti Azərbaycan üçün böyük dəyişikliklər ifadə etmir. Çünki Fransanın mərkəzçilik siyasətində erməni faktorunun təsiri güclüdür. Zaman-zaman da bunun şahidi oluruq. Bu cəhətdən Le Pendən bəlkə də hansısa fərqli bir addım gözləmək olardı. Çünki o, yeni bir nəfəs idi. Hər nə qədər radikal olsa da, təhlükə ərz etsə də, ondan Qarabağ üçün daha yaxşı demirəm, daha dəyişik addımlar gözləmək olardı".

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə Makronun prezident seçilməsini Azərbaycan üçün uğur adlandırıb:

“Bu seçim istər Avropada, istərsə də bütün dünyada sivilləşmə prosesini özündə daşıyan ölkələrin uğurudur. Bu baxımdan Makronun seçilməsini Azərbaycan üçün də uğurlu saymaq olar. Düşünürəm ki, onun ən böyük üstünlüyü həm də ondan ibarətdir ki, erməni lobbisinin köməyi ilə prezident seçilməyib. Yəni, burada erməni lobbisinin hər hansısa bir rolu və ya dəstəyi olmayıb. Eyni zamanda o, Avropanın gələcəyi və inkişafında maraqlı olan bir siyasətçidir, gənc və dinamikdir. Buna görə, problemlərin həlli istiqamətində yaxından iştirak etmək istəyəcək və bu baxmdan bizim üçün də çox faydalı ola bilər. Onu da qeyd edim ki, Makron həmçinin Beynəlxalq Avropa Hərəkatının namizədi idi və rəhbərliklə də çox yaxşı münasibətləri var. Noyabr ayında keçiriləcək tədbirdə iştirak edəcək və Avropa Hərəkatının bütün nümayəndələri, o cümlədən biz də orada təmsil olunacağıq. Düşünürəm ki, Azərbaycanla bağlı müəyyən bir məsələni onun qarşısında qaldıranda bizim xeyrimizə hər hansısa bir qərar və ya bəyanat qəbul etdirmək çətin olmayacaq”.

Ramin Hacılı həmçinin Makronun Dağlıq Qarabağ probleminin həllinə müsbət yanaşacağını da vurğulayıb:

“Bütün hallarda Qarabağ probleminin həlli istiqamətində atılan addımları Fransa və ABŞ daim dəstəkləyir, Rusiya isə əksinə, bu prosesin olduğu kimi saxlanılmasının tərəfdarı olur. Bu səbəbdən problemin həlli istiqamətində Rusiyanı razı salmaq üçün son zamanlar ABŞ və Fransadan çox onunla danışıqların aparılmasına üstünlük verilir. Azərbaycan prezidenti sülh tərəfdarı olduğunu açıq şəkildə bəyan edib və problemin sülh yolu ilə həll olunması məsələsində qətidir. Lakin Serj Sarkisyan daim Rusiyanın ona verdiyi təlimatlarla addım atdığından bu məsələdə ortaq bir məxrəcə gəlmə prosesi ləngiyir. Bu baxımdan Minsk Qrupunun digər iki tərəfi Rusiya ilə danışıqlar aparır. Ümid edirəm ki, Makrondan sonra bu danışıqlar irəliyə aparılacaq və daha qətiyyətli addımlar atılacaq. Makron xarici siyasətdə daha diqqətcil bir siyasətçidir. Əgər Marine Le Pen gəlsəydi onun platformasında ən çox yer alan məsələlər daxili siyasətlə bağlı olacaqdı və xaricdə baş verən proseslərə o qədər də maraq göstərməyəcəkdi”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az