• Xəbər lentİ
Fləş

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Markedonov Qarabağdakı mövcud vəziyyət haqda

16:09 04.05.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həlli mövcuddur”

APA-nın verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunan “Zaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda mühazirəsində deyib.

S. Markedonov bildirib ki, son illər Cənubi Qafqazdakı münaqişələr ikinci plana keçib və kölgədə qalıb: “Bunun səbəbi Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Suriya münaqişəsidir. Bununla belə, Cənubi Qafqaz olduqca problemli region olaraq qalmaqda davam edir. Əgər biz bu regionun son 25 illik tarixinə baxsaq, görərik ki, Sovet İttifaqının süqutu 9 münaqişə ilə müşayiət olunub. Bu münaqişələr fərqli idi, etno-siyasi, vətəndaş, konfessiyalararası və s. Bu münaqişələrdən altısı məhz Böyük Qafqazın payına düşür. Çeçen-inquş, gürcü-abxaz, gürcü-osetin müharibələrinin özü də məhz Cənubi Qafqazda baş verən müharibələrlə birbaşa əlaqəli idi. Bu münaqişələrin geridə qalmasına, öz aktuallığını itirməsinə baxmayaraq, onların tamamilə həll olunduğunu söyləmək olmaz”.

S. Markedonovun sözlərinə görə, Cənubi Qafqazda bir münaqişə var ki, aktuallığını bu gün də qoruyub saxlayır: “Bu Dağlıq Qarabağ münaqişəsidir. Ötən ilin aprelində bu münaqişənin eskalasiyasını müşahidə etdik. Mətbuatda buna dörd günlük müharibə də deyirlər. Bu, 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanmasından sonra baş verən ən böyük eskalasiya idi. Həmin eskalasiyadan sonra Azərbaycan və Ermənistanın Baş Qərargah rəisləri Moskvada atəşkəs haqqında razılığa gəldilər. Lakin bu, atəşkəs demək deyil. Çünki təmas xəttində atəşkəs tez-tez pozulur. Atəşkəs təkcə Dağlıq Qarabağdakı 193 kilometrlik təmas xəttində deyil, həm də Azərbaycan və Ermənistanın dövlət sərhədində də pozulur”.

S. Markedonov münaqişənin həllində region ölkələrinin - Rusiya, İran və Türkiyənin oynadığı roldan da danışıb: “İran bu gün yeganə ölkədir ki, Qarabağ münaqişəsinin həllində nizamlayıcı sənəd olan yenilənmiş Madrid prinsiplərini tanımadığını bəyan edir. Tehran münaqişənin xarici oyunçu olmadan məhz region ölkələrinin iştirakı ilə həllinin tərəfdarıdır. Tehran yenilənmiş Madrid prinsiplərindəki bəndlərdən biri ilə razı deyil. Həmin bənd münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsini özündə ehtiva edir ki, İran bunu özünün milli təhlükəsizliyinə hədə kimi görür. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə yeganə region ölkəsidir ki, dörd günlük müharibə vaxtı Azərbaycanı açıq-aydın dəstəklədi. Türkiyədən başqa, məlum səbəblərə görə Ukrayna da həmin vaxt Azərbaycanı dəstəkləmişdi. Digər ölkələr, Rusiya, ABŞ, Avropa İttifaqı çox balanslı mövqe tutdular. Deyə bilərik ki, Cənubi Qafqaz regionu Rusiya və Qərbin rəqabət meydançasıdır. Lakin bu, o demək deyil ki, regiondakı bütün münaqişələrdə Rusiya və Qərbin maraqları toqquşur. Əgər gürcü-osetin, gürcü-abxaz münaqişəsində Rusiya və Qərbin mövqeləri bir-birinə qarşı ziddiyyət təşkil edirsə, biz bu halı Qarabağ münaqişəsində müşahidə etmirik. Əksinə, Rusiya və Qərbin maraqları bu münaqişənin həllində güclü toqquşmur. Buna əyani sübut kimi aprelin 28-də Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünü göstərmək olar. Həmin görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi köməkçisi də iştirak edirdilər. Bu münaqişə postsovet məkanında yeganə münaqişədir ki, Rusiya və Qərb arasındakı qarşılıqlı əməkdaşlıq hələ də kəsilməyib. Moskva və Vaşinqton bu gün Azərbaycan və Ermənistan arasında kompromis tapa bilməz. Bu kompromisi Bakı və Yerevan özü tapmalıdır. Status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulmasını gözləmək də yersizdir”.

Rusiyalı politoloq Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həllinin mümkün olduğunu da söyləyib: “Çox vaxt fikirlər səslənir ki, Cənubi Qafqazdakı münaqişələrin ancaq sülh yolu ilə həlli mövcuddur. Xeyr, bu belə deyil. Bütün münaqişələrin güc yolu ilə həlli olduğu kimi, Cənubi Qafqazdakı münaqişələrin də güc yolu ilə həlli mövcuddur. Ərazi bütövlüyü məsələsi ancaq güc yolu ilə həll edilir. Biz bunu Balkanlarda da gördük. Xorvatiya öz ərazi bütövlüyünü müharibə yolu ilə həll elədi. Lakin münaqişənin güc yolu ilə həlli üçün müharibə ssenarisinin təminatçısı və siyasi şərt lazımdır. Əgər bunlar yoxdursa, o zaman müharibə yolu ilə həll mümkün deyil. Bu zaman da münaqişənin həlli uzanacaq”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026
DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az