Suriya müxalifəti Astana danışıqlarına dəvət alıb
Avropa.info xəbər verir ki, dəvət alan qruplaşmalardan heç biri dəvətə qarşı çıxmayıb. Bu barədə silahlı qruplaşmaların nümayəndəsi Fateh Xassun məlumat verib.
“Astanaya dəvət almışıq. Dəvəti şifahi şəkildə almışıq. Hal-hazırda Suriyadakı silahlı qruplaşmalardan Astanaya səfərə qarşı çıxan yoxdur. Əksinə onlar Rusiyanın təklifinə vəziyyəti yaxşılaşdıra biləcək təklif kimi baxırlar. Getməyə qarşı çıxan səs yoxdur” – o, belə deyib.
Qeyd edək ki, Astana danışıqlarının növbəti raundunu 3-4 may tarixlərində keçirmək planlaşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...