• Xəbər lentİ
Fləş

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Suriyada “cənub cəbhəsi” açılır

12:40 20.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
ABŞ-Britaniya-İordaniya qoşunları hücuma hazırlaşır

Sergey Balmasov

Yaxın Şərq İnstitutunun eksperti (Rusiya)

eadaily.com, 20.04.2017

İordaniya və ABŞ-ın Suriyada fəaliyyəti Rusiyanı cavab tədbirləri seçimi qarşısında qoyacaq. Söhbət ölkənin cənub hissəsində hazırlanması barədə ərəbdilli “Əl-Həyat”, Global Research saytı və başqa qaynaqların xəbər verdiyi mümkün Amerika-Britaniya-İordaniya əməliyyatının başlanmasından gedir. Sonuncunun məlumatına görə, hazırda Suriya və İordaniya sərhədində Amerika-Britaniya qüvvələrinin cəmlənməsi baş verir.   

Fəaliyyətin məqsədi

Əməliyyatın məqsədi Suriya sərhədi bölgəsindəki İŞİD cihadçılarının məhvi olmalıdır. 2016-cı ildə İordaniya sərhədlərində döyüş toqquşmaları sıxlaşıb, həm də cihadçılar Bəkaa, Vahdət və Məanədə xüsusi xidmət bölmələrinə həmlə edərək İordaniyanın özünə zərbə endiriblər. Onlar 2016-cı ilin dekabrında Əl-Kərakə turist mərkəzinə hücum ediblər. Bu, ağrılı zərbə idi: turizmdən gəlirlər ölkənin kövrək iqtisadiyyatına dəstək verir. 

Müdaxiləyə hazırlıq haqda məlumatlardan əvvəl aprelin 5-də “The Washington Post” qəzetində İordaniya kralı II Abdullanın ABŞ prezidenti Donald Trampla görüşündən sonra verdiyi müsahibə gedib. Onun sözlərinə görə, terrorçular “Suriyadan cənuba doğru hərəkətlənsələr, ABŞ və Böyük Britaniya ilə birlikdə bu çağırışa qarşı durmağa hazırıq”.

Əməliyyatın başqa məqsədi, II Abdullanın “The Washington Post” müsahibəsinə əsasən,  krallığın sərhədlərindən 70 km-lik məsafədə yerləşmiş və “İran, İraq, Suriya və Livanla/“Hizbullah”la coğrafi əlaqə qurmağa cəhd edən və bu məkan üzərində hakimiyət əldə etmək niyyətində olan İran bölmələrinə qarşı fəaliyyətdir”.

Bu cür hazırlığın digər səbəbi də var: bölgə dövlətlərini Rusiya təyyarələrinin onların sərhədləri yanında fəaliyyətinin güclənməsi də narahat edir.

İordaniya və Suriya

İordaniya artıq 2012-ci ildə ərazisinə qaçqınların can atdığı, həm Əsədi, həm də monarxiya rejimlərini düşmən sayan cihadçılaırn da sızdığı Suriya hadisələrinə cəlb olunmağa başladı. 2013-cü ildə isə İordaniya Suriyada mübarizə üçün əməliyyat meydanlarından birinə çevrildi və buradan müxalifət üçün yardım tədarük olunurdu. Bu vaxtdan bəri oradan Suriya ərazisinə müdaxilə imkanları barədə sızıntılar meydana çıxdı və buna İordaniyada NATO və bölgə dövlətlərinin hər il keçirilən “Rəqs edən şir” təlimi səbəb olub.

Həm də Amerika qaynaqlarının məlumatına görə, əvvəllər İordaniyaya atılmış Amerika-Britaniya qoşunları artıq “uzun müddət Suriya-İordaniya sərhədində əməliyyatlar keçirir”. Məsələn, 2013-cü ildə Suriyanın cənubunda Əsədin HHM sisteminin Britaniyanın SAS xüsusi təyinatlıları tərəfindən məhv edildiyi haqda məlumat ortalığa çıxdı.

İordaniya 2014-cü ildə Suriya ərazisində İŞİD-in mövqelərinə aviazərbələr endirməklə açıq müdaxiləyə başladı. 2015-ci ildə isə mətbuatda Türkiyə və İordaniyanın Suriyada bufer zonaları yaratmaq məqsədilə ora  uyğunlaşdırılmış hücumunun hazırlandığı haqda məlumatlar meydana çıxdı.

Fəaliyyət parametrləri

İstisna olunmur ki, tərəflər əməliyyat zamanı sərhəddən qısamüddətli reydlərlə kifayətlənməyəcək, Suriya ərazisində hərbi bazalar yaradacaqlar (qaynaqlar keçmişdəki bu cür məxfi obyektin varlığından xəbər verir). Amma cihadçılara qarşı mübarizə və İran nüfuzunun güclənməyinə yol verməmək haqda bildirişlər Amerikanın Suriyadakı hələlik şərti məsuliyyət zonasının sonrakı genişləndirilməsi üçün bəhanə ola bilər. “Cənubdan zərbə”nin gerçək məqsədi şimaldan sonrakı hücum və ABŞ və Böyük Britaniyanın İordaniyada hazırladığı müxaliflərin hücumu qismində Deyr-əz-Zor rayonunun təmizlənməsi ola bilər.

İordaniya strategiyası

“Cənub cəbhəsi”nin açılması Moskva üçün durumu qəlizləşdirmək gücündədir, çünki bu, Əsəd rejiminin zəifləməyinə səbəb olacaq. Suriyaya görə ABŞ-la münasibətləri pisləşdirmək Rusiyaya sərf etmir, lakin bu, onun tərəfindən uyğun əks tədbirlər haqda məsələni ləğv etmir. II Abdulla bununla bağlı öz müsahibəsində Moskva ilə dialoqu gücləndirməyi təklif edib ki, bunun bölgədə İŞİD-ə qarşı qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə imkan verəcəyi ona çatdırılsın. O həmçinin Rusiya ilə dialoqda “İran təhlükəsi”nin varlığından istifadə etmək niyyətindədir (bu, Moskva ilə Tehran arasına çiv vurmaq məqsədini güdür): “Mən bu problemi Putinin qarşısında qaldırdım”.

II Abdullanın sözlərinə görə, Putindən zəmanət alıb ki, “başqa oyunçuların bizim sərhədlərimizə gəlişinə yol verilməyəcək”.

İordaniya qaynaqlarına əsasən, “Rusiya da İranın dəstəklədiyi yaraqlıların Suriyada sabitsizləşdirici, ölkənin ərazi bütövlüyünü təhdid edən gücünü görür”.

Bununla belə, hələ bu yaxınlara qədər İordaniyanaın hadisələrə münasibəti daha çevik idi. Məsələn, II Abdulla ABŞ-ın son kəskin “dönüşü”nədək Rusiya və Suriya ilə başçıları təkcə 2017-ci ildə Moskvada bir neçə dəfə görüşmüş xüsusi xidmətlərin xətti ilə əməkdaşlığı inkişaf etdirirdi. Bu, Əmmanın Moskvanın köməyi ilə Hələbin alınmasından sonra güclənmiş Əsədlə təmasları yenidən formatlamaq istəyi ilə bağlıdır. Bundan savayı, İordaniya xüsusi xidmətləri Qərb ölkələrinin, Əsədin, Rusiyanın kəşfiyyat cəmiyyətlərinin təmasında “kommutatror” kimi çıxış etməklə mühüm rol oynayıb.

Uyğun olaraq İordaniya qeyri-rəsmi danışıqlarda önəmli vasitəçi rolunu davam etdirir. Və hər şeyə əsasən, ərazisindəki hərbi hazırlıqlar Moskva üçün gözlənilməzlik olmayıb. Kralın Suriyada iki ən mühüm oyunçu olan ABŞ-la Rusiya arasında bu cür “vurnuxması”nın səbəblərinə gəlincə isə (o, yanvarın 28-də Moskvada olub, artıq fevralın 6-da Vaşinqtona uçub və sonra aptrelin əvvəlində son səfərini təkrar edib), bu onun artan narahatlığını nümayiş etdirir. Çünki Moskvanın guya inandırmağına baxmayaraq iranlıların İordaniyaya sarı irəliləyişi davam edib və ona əlavə təhlükəsizlik zəmanəti tələb olunur.  

Perspektivlər

Britaniya-Amerika qoşunlarının İordaniyada cəmləşməsini hələlik II Abdullanın irəli sürdüyü Rusiya ilə üçüncü dövlətlərin maraqları  hesabına sazişə gəlmək təklifi çərçivəsində nəzərdən keçirmək olar. O, müsahibəsində göstərir: “Rusların baxışınca, onlar üçölçülü şahmat oynayırlar. Onlar üçün Krım, Suriya, Ukrayna, Liviya önəmlidir. Bütün bu məsələlər üzrə ruslarla eyni vaxtda iş görmək mühümdür”.

Kraln özü “atlarla haqq-hesablı alver” kimi görür ki, “rusiyalılar üçün ən mühümü Krımdır” və bu yöndəki güzəştlərə görə Suriyada “böyük çeviklik” əldə etməyi gözləyirlər. Əks halda ruslar Suriya və Liviyada vuruşacaqlar, növbəti problem Moldovada meydana çıxacaq”.

II Abdulla Rusiyaya göstərir ki, “Trampın Suriyaya müdaxiləsi həm problemlər, həm də imkanlar yaradır… Rusiyanın Suriyadakı maraqları “faydalı Suriya”da – Dəməşq, Latakiya, Hələb, Xoms və Hamə arasındakı vilayətlərdə daimi hərbi iştirakla təmin olunmalıdır”.

O bu zaman Əsədin saxlanması imkanı haqda danışır: “Moskva və Vaşinqton oyunda qalmaq, cihadçılara qarşı ümumi mübarizədə üsyançıları rahat buraxmaq üçün Əsədi İrandan aralanmağa şirnikəndirməkdə üsul tapa bilər”.

Başqa sözlə, II Abdulla ABŞ-a Ukrayna ilə İranı mübadilə kartına çevirməyi təklif edir ki, “Putinin terrorizmlə ciddi problemi olması da buna şərait yaradır. İŞİD-in əcnəbi yaraqlıları Moskva, Sankt-Peterburq istiqamətində irəliləyirlər. Putin buna görə də Suriyada siyasi həlli mümkün qədər tez tapmalıdır”.

Əməliyyatın nəticələri və niyyəti

Suriyanın cənubunda əməliyyatın başlanması mümkünlüyünə gəlincə, qüvvə cəmlənməsinin niyə açıq şəkildə aparılmasına görə sual doğur. İstisna etmək olmaz ki, bu, Əsədin qüvvələrini yaymaq və İdlib və Hamədəki vəzifələri effektli şəkildə yerinə yetirməyə bacarıqsız etmək üçün yayındırıcı səciyyə daşıya bilər.

Həmçinin “cənub cəbhəsi”ni açmağa hazırlıq “nümayiş” məqsədi güdə bilər ki, Amerikanın bu yaxınlardakı tomaqavk zərbəsindən sonra Rusiyanı Amerika niyyətlərinin ciddiliyinə əlavə olaraq inanmağa və güzəştə getməyə məcbur etsin.

Əsəd üçün isə cənub “bufer”inin qoparılması onun mənəmliyi üçün ağrılı olacaq və “vahid Suriya”nın bərpasına nisbətdə onun xülyalarının ilğımlığı bir daha vurğulanacaq, lakin bütövlikdə fəlakətli olmayacaq. Əksinə, İordaniya sərhədləri boyunca nəzarəti saxlamaq üçün öz qoşunlarını yaymaqdan məhrum olmaqla sonradan qoşunun başqa istriqamətlərdə cəmləyə bilər. İordaniyanın bütövlükdə Suriya hadisələrinə cəlb olunması Suriyanın daha aşkar şəkildə “Rusiya” və “Amerika” nüfuz zonalarına bölünməyinə səbəb ola bilər və İran maraqlarına yer qalmaz. Hazırda Suriyada təkcə qarşılıqlı şəkildə fəaliyyət göstərmədiyi, həm də rəqabət apardığı Tehranla münasibətlərdə çatı olan Moskvanı məhz buna dümsükləyirlər.

Lakin bu cür hərəkət ciddi intriqa yaradır. Hələlik şübhəli görünür ki, Rusiya İranı aşkarca “təslim etmək” durumundan çıxacaq, əvəzində “satqınlıq” qınağı qazanacaq. Xüsusən də ona görə ki, Tramp Suriyada Əsədin saxlanması və Moskva maraqlarının qorunmasına nisbətdə dəqiq zəmanət vermir.(Tərcümə Strateq.az)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Anar Bayramova yeni müşavir təyin olundu

Anar Bayramova yeni müşavir təyin olundu

18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

18.06.2026
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

18.06.2026
Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

18.06.2026
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

18.06.2026
Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

18.06.2026
Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

18.06.2026
Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

18.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az