• Xəbər lentİ
Fləş

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

14:52 / 19.06.2026

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

14:49 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Zahid Oruc: “Proses artıq bizim iradəmizdən kənarda getməkdədir”

10:52 14.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“AB Azərbaycan insanının Avropa dəyərlərinə yaxın olmasını istəyirsə, vizanı ləğv etsin”

Avropa Birliyinin (AB) Gürcüstan kimi Azərbaycanla da viza rejimini ləğv edə biləcəyi haqda məlumatlar yayılıb. 

Lakin bildirilir ki, bundan ötrü AB-nin Azərbaycana həm demokratiya, həm qanunvericilik bazasının yaradılması üçün şərtləri var. Qurum Azərbaycanda siyasi islahatların dərinləşdirilməsini və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü istəyir. Azərbaycanla bağlı prosesin gedişi və hansı sonucların gözlənildiyi barədə ortaya çıxan suallarımızı deputat Zahid Oruc cavablandırdı.

Onun sözlərinə görə, təşkilatla Azərbaycan arasında əməkdaşlıq ölkəmizin müstəqilliyi dövründə bütün dönəmlərdə olub: “2013-cü ildən Ukrayna ətrafında məlum hadisələr AB ilə yaxın qonşuluq layihəsi çərçivəsində yer alan ölkələr arasında münasibətləri dəyişdirdi. Çünki bu dövlətlərin özünün xarici siyasət istiqamətləri bir-birindən kəskin şəkildə fərqlənməyə başladı. Hətta GUAM çərçivəsində qeyd etdiyimiz siyasətin vahidliyini qorumaq mümkün olmadı. Çünki ona qədər Ukrayna ərazisinin bir hissəsi işğal olunmamışdı. Yerdə qalanlarının isə vəziyyəti bəllidir. Belə olan təqdirdə Azərbaycan regional şəraiti dəyərləndirərək AB ilə münasibətləri strateji əməkdaşlıq formatına keçirmək üçün fərqli müqavilə imzalanmasını təklif etdi. Bu, artıq Brüssel tərəfindən anlayışla qarşılandı və bu istiqamətdə yaxın günlərdə yeni sənədin imzalanması gerçəkləşəcək”.

Deputat düşünür ki, artıq AB-nin Gürcüstan və Ukrayna ilə bağlı viza rejiminin ləğvi qərarından sonra bu yöndə Azərbaycanla da addımlarını qətiləşdirməyə ehtiyac var: “Doğrudur, bəziləri Azərbaycanın buna hazır olmadığını iddia edir. Hesab edirəm ki, bu, çox yanlış müşahidədir. Birincisi, ona görə ki, Azərbaycan AB-nin ən etibarlı iqtisadi tərəfdaşıdır. Bizim xarici ticarət dövriyyəmizdə bu ölkələrin nə qədər mühüm yer tutduğunu rəsmi statistik göstəricilərlə sübuta yetirmək mümkündür. İkincisi, biz AB ilə münasibətlərimizin mühüm bir hüquqi və siyasi dövrünü arxada qoymuşuq. Lakin bölgədə həssas şəraiti də qətiyyən inkar etmək mümkün deyil. Açıq şəkildə demək lazımdır ki, bu münasibətlər bölgədə bir sıra dövlətləri ciddi şəkildə narahat etməkdədir. Həm də onlar bunu praqmatik iqtisadi maraqlarla izah edirlər. Məsələn, Rusiya bəyan edir ki, Ukraynanın AB ilə iqtisadi əlaqələri onların məhsullarının gömrük rüsumu olmadan Rusiya məkanına daxil olması kimi bir vəziyyət yaradır ki, bu, onlar üçün milyardlarla dollar itki deməkdir. Hesab edirəm ki, AB bu illər ərzində Azərbaycanın etibarlı enerji, iqtisadi tərafdaşlığına, qət edilmiş siyasi yolun böyük bir hissəsinə rəğmən, Azərbaycan vətəndaşlarına da viza rejiminin ləğvi qərarını verməlidir. Gerçəkdən onlar istəyirlərsə ki, Azərbaycan insanı Avropa dəyərlərinə daha yaxından qovuşsun, Avropanın hüquqi və siyasi arealında özünü yaxşı hiss etsin, digər məkanlar və dəyərlər fərqini müqayisəli bir şəkildə öz həyatında yaşasın, viza rejiminin ləğvinə getməlidirlər. İndi Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün xeyli sərt prosedurlardan keçməli olurlar. Hər bir vətəndaş öz bank hesabına 3 min dollardan yuxarı vəsait qoymalıdır. Bir sıra hallarda Azərbaycan vətəndaşları həmin vizanın alınması üçün rüşvət tələbi ilə də üz-üzə qalırlar”.

Viza rejiminin ləğvi üçün Azərbaycana qoyulan öhdəliklər və şərtlərə gəlincə, Z.Oruc qeyd etdi ki, bu şərtlərin qəbulunun Azərbaycandakı siyasi, hüquqi, iqtisadi proseslərin AB-nin inhisarına keçəcəyi barədə düşüncələr məsələyə səthi yanaşmadır. Narahatlığa əsas yoxdur: Azərbaycanla AB arasında viza rejiminin ləğvinin Azərbaycanın AB-yə inteqrasiyasına ciddi yol açacağından Rusiyanın narahatlığına və Moskvanın bu prosesə mane ola biləcəyinə gəlincə, deputat dedi ki, bu məsələləri Rusiya hakimiyyəti ilə anlayışla müzakirə etmək mümkündür: “Azərbaycan bu illər ərazində Rusiyadan özünə təhlükə gözləmədiyi kimi, biz də anti-Moskva bloklarında yer almamışıq, Qərb dövlətlərinin Kreml əleyhinə sanksiyalarını müdafiə etməmişik. Əksinə, bir sıra hallarda Avropa Şurasında o mövqeni sərgiləmişik ki, konfrontasiya regional gərginliyi artırır və təhlükəsizliyə zərbə vurur. Zamanında İranla da bağlı mövqelərimizi bu şəkildə göstərmişik. Rusiyanın öz vətəndaşlarının investisiya qoyma və digər iqtisadi əlaqələrində AB-yə üz tutma çox ciddi şəkildə müşahidə edilir. Bizim üçün də AB ilə əməkdaşlıqda sırf iqtisadi, hüquqi, siyasi əlaqələr önəmlidir. Azərbaycan AB ölkələrinin hərbi bazalarını gətirib Kürdəmirdə, Nasosnıda yerləşdirməyi təklif eləmir. Viza rejiminin ləğvi bunu nəzərdə tutmur. Biz AB ilə əməkdaşlığı ABŞ tanklarının gəlib sərhədimizdə keşik çəkməsi müstəvisində nəzərdə tutmuruq. Azərbaycanın AB ilə əməkdaşlığı Rusiya əleyhinə koridorun qurulmasında iştirak kimi nəzərdə tutulmr.

Azərbaycan belə bir xarici siyasət doktrinasına malik deyil. Azərbaycan ərazisində bu cür xarici hərbi bazaların yerləşdirilməsinə qarşı Hərbi Doktrinada, Milli Təhlükəsizlik Konsepsiyasında müddəa var. AB arealında Azərbaycanın tam hüquqlu üzvlüyü şübhəsiz ki, bu bölgənin arxitekturasına təsir edər, ancaq proses artıq bizim iradəmizdən kənarda getməkdədir. Bu bölgənin dövlətləri dəqiq seçimlərini edirlər. Biz də üzərimizə başqa xarakterli öhdəliklər götürmədən, sırf iqtisadi, siyasi, vətəndaşlarımızın gediş-gəlişini asanlaşdıran münasibətlərə gedəcəyimiz halda bundan heç bir tərəf itirməyəcək. Çox ümidvaram ki, AB tərəfindən müsbət qərar veriləcək”.(musavat)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az