• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

“Səddamın evi yıxılsın, o elədi“ - Qəzənfər Paşayev

11:25 07.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru Qəzənfər Paşayevlə geniş müsahibəmizdə türkmənlərin faciəvi durumundan danışdıq. Hələ ötən əsrin 80-ci illərində İraqdakı çalışmalarının məntiqi yekunu olaraq yazdığı “Altı il Dəclə və Fərat sahillərində” kitabı ilə tanınan və uğur qazanan professorun yaradıcılığının böyük hissəsi türkmənlərlə bağlıdır.

- Qəzənfər müəllim, Kərkük şəhəri üzərindən İraq Regional Kürd Bölgəsinin bayrağının asılması neçə vaxtdır müzakirə mövzusudur. Sizə çox yaxın və tanış olan bölgədə baş verənlərə münasibətiniz necədir?

-Təbii ki, narahatedici hadisədir. Ən azı orada Kərkükün də bayrağı asılmalıdır. İraqın mərkəzi hökuməti də məsələni qəti şəkildə qoyub ki, ora pul buraxmayacaq, maaşları kəsdi.

- Maliyyə sanksiyaları kürd hökumətini dayandıracaqmı? Reallıq budur ki, Kərkük İraq neftinin mühüm hissəsini təşkil edir. Nefti qəpik-quruşa satmaları kifayət edər...

- Elə davanın hamısı neft üstündədir də. Ümumiyyətlə, indi bütün dünyada dava yanacağın, yeraltı sərvətlərin üstündədir, ayrı bir şey yoxdur.

- Son məlumatlara görə, Kərkükün sonrakı taleyi ilə bağlı referendum keçirilməsi qərarlaşdırılıb. Silahlıların nəzarətində keçiriləcək referendum təbii ki, türkmənlərin xeyrinə olmayacaq. Razılaşırsnızmı?

- Vallah mən bunu eşitməmişəm.

- Hazırkı situasiyadan türkmən varlığının tanınmaması narahatedicidir...

- Kiçik xalqın faciəsi böyük olar. Mən bunu “Altı il Dəclə-Fərat sahillərində” kitabımda yazmışam. 1970-ci ildə onlara muxtariyyət verildi, öz dillərində oxumaq imkanı yaradıldı. Uşaqları məktəblərə qoydular. 4-cü sinfi bitirəndə birdən ayıldılar ki, bunlar məktəbi öz dillərində bitirəndən sonra hansı universitetə girəcək, dili bilməyə-bilməyə harada işləyəcək? Ölkədə dövlət dili ərəb dilidir. Mən bütün bunları o vaxt da yazmışam. Kiçik olanda belə olur da, hamı onun üstünə qalxır.

- Amma elə də kiçik etnik qrup da deyil. Kərküklə yanaşı, Mosul, Telafər, Ərbil və digər ərazilərdə üst-üstə milyonlarla türkmən yaşayır, üstəlik də Suriyada yaşayan türkmənlər faciə içərisindədir.

- Düzdür, türkmənlər o ərazilərdə yaşayırlar. Əsas mərkəz Kərkükdür. Duz Xurmatu, Təzə Xurmatu var. Ümumilikdə 64 Bayat kəndi mövcuddur. Bayat qəbiləsi, Bayat tayfası İraqdadır. Bəzə bizdə deyirlər Məhəmməd Füzuli bayat tayfasındandır. Bizdə Füzuli rayonunda Bayat kəndi var, ordandır. Yalan sözdür. Bayat tayfası ordadır, 64 kənddir, Füzuli də orda, Qaranaz kəndində anadan olub.

- Obrazlı desək, Füzulinin məmləkəti yağmalanır...

- Bəli. Füzuli “Fars” divanının girişində yazır ki, mən İraqda anadan olmuşam, boya-başa çatmışam, burda yazıb-yaratmışam, bir dəfə də İraq sərhədindən kənara çıxmamışam. Bunu Füzuli boyda kişi özü yazıb.

- Bir zaman Füzulinin məzarı da müzakirə mövzusu idi. Hətta böyük şairin məzarını dağıtmağa cürət etdilər. Hətta Azərbaycandan da ciddi təpki, etiraz olub...

“Dünyada dava yanacağın, yeraltı sərvətlərin üstündədir...”

- 1975-ci ildə Füzulinin məzarını məhv etdilər, çünki İmam Hüseyn məscidinin ətrafı çox basırıq idi, evlər və s. Füzulinin məqbərəsi də orda idi. Onu ləğv edib içəri keçirdilər. Məscidə girəndə sağ tərəfə dönəndə Füzulinin nəşi dəfn olunub, divarda da adı yazılıb. İçəridə də bütün qədimi divan nüsxələri saxlanılır. Belə bir müqəddəs yerdədir.

-Sonuncu ziyarətiniz yadınızdadır?

- Bəli, 1994-cü ildə Füzulinin 500 illik yubileyinə getmişdik. 128 nəfərdən ibarət nümayəndə heyəti idi. Yubileyin keçirilməsində İraq-türkmən şairi Əbdüllətif Bəndəroğlunun böyük xidmətləri olmuşdu.

- Türkmənlərin faciələrinə qayıdaq. Dediyim kimi, sayları çox olsa da, türkmən mövzusu masadan kənarda qalıb. Diqqətdən kənarda qalmalarının, bu proseslərdə ərimələrinin səbəbi nədir?

- Müəyyən siyasi məsələlər var. Bərzani Türkiyəyə gəlmişdi, danışıqlar aparıldı. Yəqin PKK-ya qarşı birgə razılaşma var. Görürsünüz PKK zəifləyib? Sanki yoxdur.

- Amma dinc yaşamağı haqq etmiş türkmən toplumu belə bir münasibətə layiq deyildi. Bəs bundan sonra türkmənlər muxtariyyət qazana bilərmi?

- Bir söz deyim, bəlkə də türkmənlərin kürdlərlə bir olmaları daha faydalıdır, nəinki ərəblərlə. Bunu nə ilə bilmək olar? Ərəblər kəndləri də dağıtdılar...Deyək ki, bir dənə kərküklü doğulub-böyüdü, ancaq gələcəkdə orda oğluna nə ev ala bilər, nə də tikdirə bilər. Qoymazlar. Ərəblər deyir mənim ölkəmin harasında deyirsən, kömək də edim, tik, orda yaşa, amma Kərkükdə yox! Görürsən, ərəblərin türkmənlərə münasibəti necədir? Bəlkə də kürdlər tərəfindən daha yaxşı münasibət olacaq.

Bu vaxta qədər də qız verib-qız alıblar. Tarixən onların arasında əlaqə möhkəm olub. Gələcəkdə necə olacaq, bunu bilmək olmaz. Türkmənlər iki tərəfdən təzyiq altındadırlar: həm kürdlər, həm ərəblər təzyiq edir. Mən bir dəfə bir yoldaşa dedim ki, bu nədir, Amerika elə edir, rus belə edir. Dedi, vallah dünyada bir hökmran dövlət olsa, yaxşı olar, hamı da ona qulaq asar, sakit yaşayar. İndi hər iki tərəfdən türkmənləri əzirlər, sıxırlar, bəlkə o tərkibdə olsa, daha yaxşı olar. Bilmək olmaz. Ona görə çətinlik çəkirəm.

- Bir çoxlarının indiki İraqla müqayisədə həsəd apardığı Səddam Hüseyn dövründə də İraq türkləri az müsibətlər görməyiblər...

- Səddamın evi yıxılsın, elə o elədi də.

- Qəzənfər müəllim, bir sıra ekspertlər hesab edir ki, 2003-cü ildə ABŞ İraqa qoşun yeridəndə Türkiyə də koalisiyaya qoşulsaydı, vəziyyət bu dərəcədə acınacaqlı olmazdı. Razısınız?

- Amma o vaxt Türkiyə parlamenti icazə vermədi. Daha bu qərarı şərh edə bilmərəm. Türkiyə gedib Şimali İraqa bayraq sanca bilməzdi. Amma bəlkə mövqeyi türkmən bölgəsində indikindən möhkəm olardı. Onsuz da Türkiyə Kərkükün güvənc yeridir, onları qoruyur.

- Kərkükdə sonuncu dəfə nə zaman olmuşunuz?

- 2011-ci ilin martında. Ancaq ayın 26-29-u tarixlərində. Martın 31-i türkmənlərin böyük alimi Ata Dərzibaşının bir illik anım günü idi. Mən onun haqqında kitab yazmışam: “Ata Dərzibaşının folklorşünaslıq fəaliyyəti”. Getdik orda konfrans keçirdik. Türkiyədən keçmiş dil qurumunun rəhbəri Əhməd Bican Ərcilasun, İraqdan professor Mahir Nakip, Azərbaycandan isə mən məruzə etdik. Professor Şirindil Alışanovla birlikdə də üç gün ərzində onlarla təmasda olduq. Ordakı tədbirdə də bayraq məsələsi narazılıq yaratdı. Deyildi ki, onda ikisinin də bayrağı asılsın.

- Yəqin yerli əhali ilə də görüşmüşdünüz. O zaman türkmənlər nələr danışırdılar, Azərbaycandan istəkləri nə idi?

- Məni maşınlarla qarşıladılar, camaatın içərisinə getdim, söhbət elədik.

-Sovet dövründə türkmən mövzusu çox populyar idi...

- Elədir. 1980-ci ildə Rəsul Rza ölümünə bir gün qalmış şeirlər toplusu dərc olunmuşdu: “Yaralı Kərkükün bugünlü xoyrat və maniləri”. Orada bir kərküklü qıza şeir həsr edib:

Ağlayan çox, gülən hanı?

Göz yaşını silən hanı?

Matəm tutub bu dünyanı

Ağlama, gözəl, ağlama!

- Ancaq biz ədəbiyyata vaxt ayırdıq, kürdlər silahlandı...

- Sizə bir söz deyim. İndi deyirik bu planlara görə narahatıq. Bəs bu kürdlər xalq deyilmi? Onun hüququ, mənəvi haqqı yoxdurmu dövləti olsun?

- Professor, cavab verməyə çətinlik çəkirəm. Amma BMT-nin tanıdığı sərhədlər var. Sonsuzluğa qədər dövlətlərin yaradılması prosesi getsə, onda dünyanın şəkli tamam dəyişər və fəlakətlər çoxalar...

- Yox, əgər vicdanla baxsaq... Bizə kənardır deyə, belə düşünürük. Ancaq hər bir xalqın azad olunmaq haqqı var. Onların dövlət yaratması niyə pisdir?

- Lakin təkcə İraqa deyil, digər dövlətlərə, o cümlədən qardaş Türkiyəyə qarşı da ərazi iddiaları var. Üstəlik də silahlı mübarizə aparırlar...

- Mən sənə deyim, bil, kürdlər həmişə türkmənlərlə birevli kimi olublar. Bir məkanda yaşayıblar, qohum olublar. İndi neftə görə belə məsələlər ortaya çıxıb. Bu saat dünyada kimin şikayəti yoxdur ki? Bütün dünyada vəziyyət ağırdır, guya harada yaxşıdır? Sankt-Peterburq kimi o boyda müqəddəs şəhərdə görün nələr törətdilər. Dünya çalxalanır da...

-Amma dünya güclərinin laboratoriyasında hazırlanan terror şəbəkələri indi geniş ərazilərə yayılmağa başlayıb. Kərkük də on illərdir poliqon rolunu oynayır...

-Təbii ki, onu yaradan, istiqamətləndirən dövlətlər var. Terror öz-özünə yaranmır. O başqa məsələ ki, gözünün qabağında ata-anısını, bacı-qardaşını öldürürlər, bunun cavabı artıq terror deyil, intiqamdır. Belə adam gedib özünü oda atacaq, intiqamını alacaq, özü də buna qəhrəmanlıq deyirlər, terror deyil. Ona görə indi Avropada çox qorxurlar, çəkinirlər ki, adi adamlar gəlib orda intiqam almaq istəyəcək.

- Türkmənlər özlərini Azərbaycan türklərindən ayrı saymır...

- Bizim dilimiz eynidir. Türkoloq Fuad Köprülü İslam Ensiklopediyasında kərküklülər haqqında yazır: “Azərbaycan türkcəsində danışan türklər”. İraq alimləri, türk alimləri, ümumiyyətlə, dildən başı çıxan alimlər hamısı bunu etiraf edir. Sizə deyim ki, onlar özlərini də, bizi də “türkmən” adlandırırlar. Əslində biz Qaraqoyunlular, Ağqoyunlular vaxtında “türkmən” adlanmışıq. Şah İsmayılın bir şeiri var, deyir:

Qurtarar ərəbin, türkün məskəni,

Onda ki, Bağdad içrə türkmən qonar...

Türkmən ulu türk, qüdrətli türk, qocaman türk deməkdir.

- Bizim həm də türkmənlərə vəfa borcumuz var, təəssüf ki, əlimizdən bir iş gəlmir. Heç olmasa sizin rəhbərliyinizlə bir türkmən konfransı keçirmək, onların da nümayəndələrini dinləyib dərdlərini bölüşmək, humanitar tədbirlərə başlamaq mümkündürmü?

- Mən Kərkük məsələsində mədəni, elmi əlaqələrlə canımla, qanımla hazıram, ancaq siyasi məsələlərə qoşulmuram, heç vaxt da qoşulmamışam. Lakin mədəni, elmi, ədəbi əlaqələr ən böyük siyasətdir. Humanitar yardıma gəldikdə, əlaqəmiz yoxdur. Bizim Kərkükdə konsulluğumuz yoxdur, ona görə çətin olar.

- Türkdilli dövlətlərin nümayəndələri ilə birgə konfrans keçirilməsi təşəbbüsünüz ola bilərmi?

- Edə bilərik, elə türkmənləri də, türkləri dəvət edərik. Niyə edə bilmirik ki? Biz burda bir dəfə Kərkük folkloruna həsr olunmuş konfrans keçirmişik, amma yenə də keçirmək olar. Üç il əvvəl Türkiyənin Bilecik Universitetində də İraq, Suriya və İran türkmənlərinin tarixi, dili, ədəbiyyatı, mədəniyyətinə həsr olunmuş konfrans oldu. Azərbaycandan xeyli sayda adamlarımız var idi. Orada İraq türkmənlərinə abidə ucaltdılar və küçənin birini “Kərkük caddəsi” adlandırdılar.

- Qəzənfər müəllim, inşallah, bu il 80 illik yubileyinizdir. Yəqin ömrünü türkmənlərə, həsr etmiş alim kimi, türkmən qonaqlarınız da olacaq, eləmi?

- Hələ vaxta var. Allah qismət eləsə... Bəzən belə yanaşmalar olur ki, sovet dövründə Azərbaycandan türkmənlərə daha həssas münasibət var idi, nəinki indi. Hətta türkmən toplumunun unudulduğu iddiaları da var.

Niyə laqeyd qalırıq ki, ay qurban olum? İndi türkmənlər Bakıya çox gəlib-gedir, hamısı mənim evimə gəlir. Laqeyd deyiləm, siyasi işlərə qarışmıram. Mən xaricdə çox işlədim, o vaxtlar belə adət eləmişəm. Təkcə İraqda 6 il yarım işləmişəm. İngiltərədə, Amerikada ixtisasartırma kurslarında olmuşam. Məndə siyasi məsələ zəif olub, bundan sonra neyləməliyəm? Heç bir partiyanın da üzvü deyiləm. Amma mədəni tədbirlər keçiririk. Biz bu işlərdən çəkilməmişdik.

- Bəzi nikbin proqnozlar da eşidilir ki, hələ hər şey itirilməyib, günün birində Türkiyənin iradəsi öz sözünü deyə bilər. Siz nə düşünürsünüz?

- Mən də o fikirdəyəm ki, Türkiyə bir an onları unutmur, istəyirəm biləsiniz.

Mənbə: Musavat.com

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az