• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Şəhid anasından ürək dağlayan sözlər: “Bir həftə əvvəl hiss etmişdim...”

15:43 28.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
"Ayaqqabılarımı təmizləmə, onun üstündə Qarabağın torpağı var. Bir gün Qarabağ alınanda o ayaqqabını təmizləyərsən”.

MilliYol.Az musavat.com-a istinadən xəbər verir ki, bu, şəhid Orxan Hümmətovun anasından son istəyi olmuşdu. Vətən uğrunda qorxmadan son damla qanına kimi vuruşan və şəhidlik zirvəsinə ucalanlardan biri də Şəkinin Kiş kənd sakini 23 yaşlı Orxan Hümbətovdur.

Dolama, daşlı-kəsəkli dar küçələrlə Orxan Hümmətovun doğulub boya-başa çatdığı evinə - Kiş kəndinə yollandıq. Bu qəhrəman kiçik həyəti olan, köhnə qapı-pəncərəli, kasıb bir daxmada böyüyüb. 1992-ci il noyabrın 4-də  Alban tarixinin beşiyi olan Kiş kəndində dünyaya göz açıb. Ailədə iki qardaş olan bu gənclərin hər ikisi hərbiçidir. Bizi də elə həyətin qapısında Orxan Hümbətovun hərbiçi qardaşı Vüsal Hümmətov qarşıladı.

Qardaşı ilə qürur duyduğunu və vətən uğrunda özünün də hər zaman canından keçməyə hazır olduğunu deyən Vüsal qardaşının aprelin 4-də şəhid olduğunu dedi: "Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Könüllü, öz istəyi ilə gedib. Mən hər şeydən əvvəl bir hərbiçi kimi, həm qardaşımın qanını almaq, həm də vətənimi qorumaq üçün hər zaman  müharibəyə getməyə hazıram. Sözsüz ki, vətəni qorumaq hər kəsin borcudur. Biz hərbini seçmiş, vətənimizlə bərabər həm də anamızı, analarımızı, millətimizi, şərəfimizi qorumuşuq. Orxan heç vaxt ölümdən qorxmayıb. Biz həmişə söhbət edirdik, bir-birimizə deyirdik ki, özündən muğayat ol. Əgər hərbi formanı geyinirsənsə, demək o ölümü çiyinlərində daşıyırsan. Biz hər zaman deyirdik ki, ölsəm şəhid olacam. Vətən uğrunda da ölmək şərəf olardı. Yəni Orxan buna hazır idi”.

Daha sonra söhbətə qoşulan şəhid anası Pərvanə Hümmətova oğlu ilə bağlı ürəyinin dolu olduğunu, onunla bağlı arzularının yarımçıq qaldığını deyir: "Oğlum 4 ildir ki, hərbidə işləyirdi. Ordudan qayıtdıqdan sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Həmişə deyirdi ki, Vətəni, anamı qorumaq mənim borcumdur. Orxan sanki Vətən üçün yaranmışdı. Mən övladlarımın ikisini də vətənpərvər ruhda böyütmüşəm, heç bir istəyinə qarşı çıxmamışam. Hərbiçi olmağı da özləri istədi, mən də xeyir-dua verdim”.

Oğlu Orxanla bağlı ürəyinin dolu olduğunu, danışmaq istədiyini deyən ananı qəhər boğur. Gözüyaşlı ana oğlunun iyini onun geyimlərindən aldığını dedi: "Orxanın iyini paltarlarından alıram. İki il əvvəl də ermənilər atəşkəsi pozmuşdu. Onda Orxan Tərtərdə işləyirdi. Əsgər çəkməsini torpaqlı gətirib mənə verdi. Dedi ki, ana bu çəkməni saxla, onu Qarabağ alınanda yuyarıq. Üzərində Qarabağımızın torpağı var. Mən o çəkməni hələ də saxlayıram. Şuşa alınana qədər mən o çəkməni saxlayacağam”.

Gözləri uzaqlara dalan ana Orxanın uşaqlığını xatırlayır və sanki balaca Orxan qarşısında dayanıbmış kimi gözlərini bir nöqtəyə zilləyərək danışır: "Orxan uşaqlıqda dəcəl idi. Şirniyyatı çox sevərdi, özü də şirin uşaq idi. 5 yaşından deyirdi ki, mən general olacağam. Zarafatcıl, mehriban uşaq idi. Kəndin bütün balacaları ondan ötəri hələ də göz yaşı tökürlər. Hər gün Orxanın məzarı başına gedib deyirəm ki, dalğalanan bayrağına anan qurban olsun. Məzarı başına gedirəm. Oğlumla hər gün danışıram. Çoxları deyir danışma, dur. Amma mən bilirəm ki, o məni eşidir. Yuxularıma gəlir hər gün. Mənə deyir ölməmişəm, yaşayıram. Deyir məni tək qoyma. Mən Orxanın ölümünə inanmıram. 6 aydan bir məzuniyyətə buraxırdılar. Aprelin 25-i gəlməli idi. Deyirəm yəqin məzuniyyətə buraxmayıblar, sentyabrın 24-ü gələcək. Onu hələ də gözləyirəm. Onu ürəyimdə ölümsüzləşdirmişəm. Bir övlad kimi onunla həmişə fəxr etmişəm. 

Orxan Goranda kursda idi. Axırıncı dəfə martın 26-da evə gəlmişdi. Sonuncu danışığımız isə aprelin 3-ü axşam saat 9-un yarısında olub. Aprelin 4-ü isə eyni danışdığım saatda onun tabutu evə girdi. Danışanda çox yaxşı olduğunu, kursda olduğunu bildirdi. Böyük oğlumun təlimə getdiyini bilirdim. Amma Orxanı bilmirdim. Orxan zəng edəndə dedi ki, qardaşımla danış, xəbər tutun. Mən kursdayam, narahat olmayın dedi. Orxan tərbiyəli, böyük kiçik yeri bilən, sirr saxlamağı bacaran bir oğul olub. O anasını heç vaxt təlaşlandırmaq, qorxuya salmaq istəmirdi. Amma mən Orxanın şəhid olacağını bir həftə əvvəl hiss etmişdim. Sanki canıma od yapışırdı. Gecələr oyanırdım və deyirdim ki, mən istidən yanıram, canıma qızdırma gəlirdi. Ana ürəyim bunu hiss etmişdi. Onun ölüm xəbəri çıxanda kəndin hamısı bildi, bir məndən başqa. Kənddə dedilər ki, şəhid var. Mən qapıya çıxıb bütün övladlar üçün dua etdim, dedim ki, Allahım sən bütün övladları qoru, içində də mənim balalarımı. Mən iki balamın can sağlığından başqa bu həyatda heç nə istəməmişəm. Mənim oğlum indi cənnətdədir. Orxan adını ona qardaşı Vüsal qoyub. Mənası da ordu başçısı deməkdir. Orxan həmişə deyirdi ki, ana qorxma, göydə Allah yerdə də sənin duaların məni qoruyacaq. Mən Orxandan həmişə narahat idim. Amma biruzə vermirdim. İçimdə yaşayırdım. Orxanın iyini hər yerdən duyuram, onun izlərini axtarıram. O gələn küçəyə baxıram, elə bilirəm indi görünəcək və evə gələcək. Orxanın mənə şəkilləri, paltarları, birdə ayaqqabısı yadigar qaldı”.
 
Balaca otağa göz gəzdirən ana köks ötürərək nə vaxtsa Orxan üçün ayrıca bir otaq düzəldəcəyini və ona aid əşyaları həmin otağa yığıb xatirəsini yaşadacağını dedi: "Mən nə qədər yaşayacağam, Orxan da mənim ürəyimdə yaşayacaq. Heç bir ana, ata övlad dağı görməsin. Ən pis dərddir. Mən Orxanı zülmlə, kasıbçılıqla böyütmüşdüm. Orxan hər şeyin qədrini bilən olub. Böyük oğlum da hərbiçidir və istərdim ki, qardaşının qanını yerdə qoymasın”.

Pərvanə ana kiçik otağın bir tərəfində qoyulan şkafı göstərərək onu açmağı özünə məhrum etdiyini dedi: "O şkafdakıların hamısı Orxanın paltarlarıdır. Yoldaşımın, oğlumun  paltarları yerdə durur, mən onu həmin şkafa qoymağa qıymıram. Deyirəm oranı aça bilmərəm. Bu otağa da təsadüfən girdim. O bu otaqda yatırdı. Bir gecədə 10 dəfə durub üstünü örtürdüm. Onun iyi hələ də bu otaqdadır. Orxanı həmişə yola salanda deyirdim ki, mən səni həmişə gözləyirəm, salamat gəl. O da həmişə deyirdi ki, baş üstə, ana sən mənim üçün dua et. Televiziyaya baxıb Türkiyədə şəhid olanlara ağlayanda, Orxan göz yaşlarımı silib deyirdi ki, bu göz yaşların heç vaxt axmasın. Onun arzuları tükənməz idi. Həmişə mənə zarafatla deyirdi ki, qardaşıma toy etdikdən bir ay sonra mənim üçün elçi gedəcəksən. Sonra deyirdi ki, sənə Bakıda bina evi alacam. Mənimlə yaşayarsan. Həmişə deyirdi ki, qardaşımın toyundan sonra öz arzularımı həyata keçirəcəyəm”.

Şəhid anası Qarabağ məsələsinin birdəfəlik həllinin tərəfdarı olduğunu dedi: "Qorxa-qorxa yaşamaqdansa, birdəfəlik ölüm hamısından yaxşıdır. Analar qorxu içində yaşayır. Neçə illərdir şəhidlər veririk. Nə qədər analar gözüyaşlı, atalar belibükük, cavan gəlinlərimiz dul, uşaqlar atasız qalıb. Birdəfəlik müharibə başlasın və qurtarsın. Biz öz torpaqlarımızı istəyirik, ermənilərin torpaqlarını yox. Öz xoşları ilə versinlər. Yox öz xoşları ilə vermirlərsə, müharibə ilə alaq”.

Ana övladının adının əbədiləşdirilməsini istəyir: "İstərdim ki, bu döyüşlərdə şəhid olanların hamısının adları zirvələrdə yaşasın. Onların adlarına kitablar yazılsın. Gələcək nəsil də bilsin ki, bu cür qəhrəman övladlarımız olub. Qoy bütün dünya bilsin ki, Azərbaycanda Orxan kimi qəhrəman oğullar var. Azərbaycan heç vaxt əyilməz. Bayrağımız Qarabağda da dalğalanar və şəhidlərimizin qanı yerdə qalmaz. Oğluma fərqləndiyi üçün medal verilib. Orxanın igidliyi araşdırılsın, öyrənilsin. Onun adına küçə, məktəb olsun istəyirəm. Mən bütün şəhidlər üçün ağlayıram. Vətənsiz bir heç nəyik. İstəyirəm bütün torpaqlarımız alınsın. Mən bu yaşımda gedib Orxanımın qanını almağa hazıram”.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az